Keçən ay dünyasını dəyişən məşhur müğənni, hələ basdırılmayıb

Keçən ay dünyasını dəyişən məşhur müğənni, hələ basdırılmayıb Dünya şöhrətli britaniyalı müğənni Corc Maykl dekabr ayının 25-i vəfat etsə də, hələ də basdırılmayıb.

Tehsil-press.az xəbər verir ki, bu haqda xəbəri qərb mətbuatı yazıb. Xəbərdə deyilir ki, hələ də ifaçının ölüm səbəbi araşdırılır. Həkimlər C.Mayklın ölümündən əvvəl hər hansı bir dərman qəbul edib-etmədiyini araşdırır. Lakin toksikoloji testlərin cavabı hələ ki bəlli deyil. İfaçının cəsədi yalnız bütün tibbi testlər yekunlaşdıqdan sonra doğmalarına təhvil verəcək. Müğənni anasının yanında dəfn olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər