Uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı internet provayderlərinin məsuliyyəti artırılır

Uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı internet provayderlərinin məsuliyyəti artırılır Azərbaycanda uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması üçün telekommunikasiya operatorları və internet provayderlərinin məsuliyyəti artırılır.

Tehsil-press.az-n məlumatına görə, bu barədə məsələ Milli Məclisin aprelin 26-da keçiriləcək növbəti plenar iclasının gündəliyinə daxil olan "Telekommunikasiya haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Belə ki, qanuna əlavə olunması təklif edilən maddəyə əsasən, operatorlar və provayderlər abunəçinin müraciəti əsasında uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etməlidir.
Həmçinin qanuna təklif edilən əlavəyə əsasən, abunəçilərə uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün operatorlar və provayderlərdən tədbirlər görülməsini tələb etmək hüququ verilir.

tehsil-press.az

Oxşar xəbərlər