TƏCİLİ: İlhamə Quliyevanın tutdurduğu köməkçisi AZADLIQDA - FOTO

TƏCİLİ: İlhamə Quliyevanın tutdurduğu köməkçisi AZADLIQDA - FOTO Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Təhsil-press.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, M. Hüseynova barəsində 1 il 3 ay müddətinə şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, prokuror İlhamə Quliyevanın köməkçisinə 8 illik həbs cəzası verilməsini istəmişdi.
Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb. İ. Quliyeva ötən il fevralın 25-də dünyasını dəyişib.

TƏCİLİ: İlhamə Quliyevanın tutdurduğu köməkçisi AZADLIQDA - FOTO

Təhsil-press.az


Oxşar xəbərlər