Azərbaycanda narkotik maddə istifadəçilərinin apteklərdən asanlıqla əldə etdiyi və təyinatına uyğun istifadə edilməyən “Lirika", "Tropin", "Midriasil" dərmanlarından istifadədə sui-istifadə halları aşkarlandığına görə, onlar narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərmanların siyahısına daxil edilib.
Bunu Təhsil-press.az-a Azərbaycan Səhiyyə Nazirliyi Respublika Narkoloji Dispanserin direktoru Telman Məmmədhəsənov bildirib.
Onun sözlərinə görə, "Tropin", "Midriasil" göz dərmanlarıdır və onlar əsasən, oftolmologiyada göz bəbəyinin genişləndirilməsi üçün istifadə olunur. "Lirika" isə preqabalin tərkiblidir, antidepressandır.
T.Məmmədhəsənov əlavə edib ki, dövlət tərəfindən təsdiqlənmiş siyahıya daxil edilmiş narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr aptek şəbəkələrində pərakəndə və ya topdan satış qaydalarına riayət olunmaqla satışa buraxılır. Həmin dərmanlar yalnız güclü təsir edən dərmanları satmaq üçün xüsusi icazə alan apteklərdə satıla bilər.
T.Məmmədhəsənov əlavə edib ki, antidepressantlar qrupuna aid olan, depresiyaların müalicəsində istifadə olunan, lakin həm də narkotik istifadəçilər tərəfindən istifadə edilən "Koaksil" preparatlarının respublikaya idxalı dayandırılıb.
T.Məmmədhəsənov qeyd edib ki, Azərbaycanda ümumiyyətlə, narkotik vasitələr satan hər hansı bir aptek yoxdur:
“Apteklərdə narkotik kimi istifadə edilə bilən narkotik tərkibli dərmanlar satılmır. Narkotik vasitələr ümumiyyətlə, apteklərdə satılmır. Apteklərdə satılan hər hansı psixiatrik maddələr də reseptsiz verilmir”.
Onun sözlərinə görə, Azərbaycan ərazisində qanuni yolla narkotik vasitələr satılmır və istehsal olunmur.
Mərkəz direktoru əlavə edib ki, narkotik vasitələr Azərbaycana yalnız elmi və tibbi məqsədlər üçün idxal olunur və tələbata uyğun olaraq, dövlət müəssisələri arasında bölüşdürülür.
Xatırladaq ki, T.Məmmədhəsənov hələ bir necə il əvvəl bildirmişdi ki, adıçəkilən dərman vasitələrinin apteklərdən reseptsiz buraxılması narkotik maddə istifadəçilərinin onları asanlıqla əldə etməsinə şərait yaradır. Bu dərman vasitələri narkotik maddələrlə birlikdə və ya tək istifadə olunur. Narkotik maddə ilə birlikdə istifadə olunduqda, narkotik maddənin narkogenlik xüsusiyyətini artırır və vaxtını uzadır. Tək istifadə olunduqda isə hər biri özünə uyğun təsir effektləri göstərir. "Tropin", "Midriasil" (tropikamid) oftalmalogiyada diaqnostik və müalicə məqsədilə istifadə olunan damcı şəklində dərman pereparatı olmasına baxmayaraq, narkotik maddə istifadəçiləri onlardan inyeksion yolla vena və ya əzələ daxilinə istifadə edirlər. İstifadə zamanı "Tropin" və ya "Midriasil" qavrama pozğunluğu (hallusinasiya, illuziya) və eyforiyaya səbəb olur. "Koaksil" (tianeptin) kustar üsulla hazırlanmış məhlul vena daxilinə inyeksion yolla qəbul olunur. Təsiri opioid qrupundan olan narkotik maddələrin təsirinə uyğundur, lakin qısa müddətlidir. Bu dərman insanda qısa zamanda asılılıq yaradır.
Təhsil-press.az