Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında İstanbul Medipol Universitetinin Medipol Mega Xəstəxanasının nümayəndələri ilə birlikdə “İyi ve kötü huylu tümörlerine yaklaşmalar” (Qlial şiş -bədxassəli şiş) mövzusunda seminar keçirilib.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru professor Surxay Hadıyev seminarı açaraq, bu cür tədbirlərin önəmindən bəhs edib.
Daha sonra Medipol Mega Xəstəxanasının beyin və sinir cərrahiyyəsi rəhbəri professor Dr. Nejat Akalan “Glial tümör, cerrahi tedavi prinsipleri ve yeni gelişmeleri” mövzusunda təqdimatla çıxış edib.
Seminarın davamında, video roliklərlə hazırlanmış geniş mühazirələr dinlənilib.
Hər iki universitet xəstəxanalarının həkimləri arasında qarşılıqlı müzakirə və danışıqlar aparılıb.

ATU-nun Mətbuat Xidməti