“XIX əsrin sonu – XX əsrin əvvəllərində türk xalqlarının milli hərəkatında mövcud ideya-siyasi cərəyanlar” mövzusunda elmi seminar

“XIX əsrin sonu – XX əsrin əvvəllərində türk xalqlarının milli hərəkatında mövcud ideya-siyasi cərəyanlar” mövzusunda elmi seminar Türk xalqları tarixi kafedrasının əməkdaşları dosent Sevinc Ruintən və Cavid Əlisgəndərlinin təşkilatçılığı ilə BDU-nun Tarix fakültəsinin və SABAH qrupunun tarix müəllimi ixtisası üzrə II kurs bakalavr pilləsinin tələbələrinin iştirakı ilə “XIX əsrin sonu – XX əsrin əvvəllərində türk xalqlarının milli hərəkatında mövcud ideya-siyasi cərəyanlar” mövzusunda elmi seminar keçirilib. Seminarda fakültənin Türk xalqları tarixi kafedrası üzrə ixtisaslaşan IV kurs tarixçi tələbələri də iştirak ediblər. Tədbirdə türk xalqlarının milli hərəkatında mövcud olmuş ideya-siyasi cərəyanların meydana çıxmasını zəruri edən şərtlər, ideyaların formalaşması, ayrı-ayrılıqda hər bir ideya-siyasi cərəyanın görkəmli nümayəndələri və s. məsələlər haqda tələbələrin çıxışları dinlənilib, hazırladıqları slayd və videolar nümayiş etdirilib. Seminarın sonunda kafedranın müəllimi C.Əlisgəndərli tələbələrin çıxışları ilə bağlı müzakirə keçirib. Seminarda məruzə ilə çıxış edən tələbələrə təşəkkürnamələr təqdim edilib.

Mətbuat və İnformasiya şöbəsi


“XIX əsrin sonu – XX əsrin əvvəllərində türk xalqlarının milli hərəkatında mövcud ideya-siyasi cərəyanlar” mövzusunda elmi seminar

Oxşar xəbərlər