Azərbaycan Pakistanla neft üzrə saziş imzalaya bilər

Azərbaycan Pakistanla neft üzrə saziş imzalaya bilər Pakistan və Azərbaycan neft və qazın satışı üzrə sazişi fevralın sonunda imzalaya bilərlər.

Təhsil-press.az-ın "Times of Islamabad" qəzetinə istinadən verdiyi məlumata görə, iki ölkənin hökumətləri artıq razılaşmanı təsdiqləyib.
Neft və təbii sərvətlər nazirliyinin yüksək rütbəli nümayəndəsi bildirib ki, Azərbaycan Pakistana xam nefti, neft məhsullarının və təbii qazı ixrac etməyi təklif edib.
Qeyd edək ki, 2016-ci ilin aprelində Pakistan neft və təbii sərvətlər nazirliyi və Azərbaycan energetika nazirliyi neft, neft məhsulları, LPG və LNG tədarükü sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişin imzalanması barədə razılığa gəliblər.

Təhsil-press.az

Oxşar xəbərlər