Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) kimya texnologiyası və mühəndisliyi fakültəsinin seçilmiş 50 tələbəsi ilə görüşüb. İnstitutdan tehsil-press.az-a bildiriblər ki, görüşdə akademik V.Abbasov tələbələrə neftin ilkin emalı, əmtəə neft məhsulları və neft-kimya sintezi sahəsində məlum proseslərdən danışıb. İnteraktiv müzakirələrdə fəal iştirak edən on tələbə müasir elmi ədəbiyyatdan ibarət kitablarla mükafatlandırılıb. Sonra akademik V.Abbasov tələbələrə tövsiyələrini verib.
Tehsil-press.az
Tehsil-press.az