Alimlər “tünd materiya”nın sirrini öyrənirlər

Alimlər “tünd materiya”nın sirrini öyrənirlər Böyük Britanıyanın Edinburq Universitetinin alimləri “tünd materiya”nın və kainatın genişlənməsinin sirrini açmağa hazırlaşırlar.

Təhsil-press.az “rueconomics.ru” saytına istinadla xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.
Ötən əsrin 90-cı illərində mütəxəssislər hesab edirdilər ki, qalaktika “tünd materiya” sayəsində böyük sürət toplayır. Albert Eynşteyn isə bu prosesin kosmoloji konstant sayəsində baş verdiyini güman edirdi.
Hazırda mütəxəssislər kainatın cazibə dalğalarının sürətini ölçməyə hazırlaşırlar. Bu hal işıq sürəti ilə baş verərsə, alimlər “tünd materiya”nın mövcudluğunu üzə çıxara biləcəklər. Sürət fərqli olarsa, nəzəriyyəyə yenidən baxılacaq.

Təhsil-press.az

Oxşar xəbərlər