Azərbaycanın ürəyi -- Qarabağımız bu gün yağı düşmənin caynaqları arasında çırpınır. Vətənin ürəyinə zəhərli ox kimi sancılan bu dərdin ağrı-acısına dözmək çox çətindir. Neçə illərdir ki, doğma elinə, obasına, ata-baba yurduna əli yetməyən, ünü çatmayan qaçqın-köçkünlər, onların ailələri nələr çəkir, bir Allah bilir.
Şuşa, Laçın, Kəlbəcər, külli Qarabağ həsrətlə doğmalarının yolunu gözləyir. Düşmən hələ ki, Qarabağa gedən yolun qabağını kəsə bilib. Lakin heç kim şübhə etmir ki, bu gün ordumuz düşməni əzəli torpaqlarımızdan qovub çıxarmağa tam qadirdir. Sadəcə, bu, zaman məsələsidir və mütləq baş verəcək!
Etiraf edək ki, nə qədər ki, yağı düşməni doğma torpaqlarımızdan qovub çıxarmamışıq, bir millət olaraq, biz tam mənəvi rahatlıq və təskinlik tapa bilməyəcəyik. Bizim hərtərəfli inkişafımız, mənəvi intibahımız da məhz Qarabağımızın xilası ilə başlayacaq. Qarabağ bizim yeni, böyük zəfərlərimizin ilki, başlanğıcı olacaq.
Bu gün isə beynəlxalq qanunların bizə verdiyi hüquqa istinad edərək Qarabağ harayımızı, doğma yurda sahib çıxmaq arzumuzu var gücümüzlə bütün dünyaya bəyan etməliyik. Sivil dünya real vəziyyətdən xəbərdar olmalıdır ki, Qarabağda ədalət, nəhayət, şərə üstün gəlsin!
Ermənilər şər və böhtanlarından əl çəkmirlər
Bəllidir ki, ermənilər çox məkrli və hiyləgər millətdir. Özlərini elə göstərirlər ki, guya Azərbaycan torpaqlarının 20 faizini bunlar işğal etməyiblər, Xocalıda alman faşistlərindən də qəddar vəhşilikləri də sanki bunlar törətməyiblər. Onlar 1915-ci ildə Türkiyədə guya “kütləvi soyqırımına” məruz qalmaları barədə saxta nağıllar uydurmaqdan da yorulmurlar. Niyyətləri bəllidir: türk torpaqlarında “Böyük Ermənistan” yaratmaq istəyirlər. Cəfəng arzudur!
Ermənilər 1993-cü illərin əvvəllərində onlara qahmar çıxan böyük güclərin köməyilə Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal edərək burada qondarma “Dağlıq Qarabağ Respublikası” (DQR) yaradıblar. Amma bu saxta bu vaxta qədər qurum heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayıb. Bu, mümkün də deyil, ona görə ki, DQR suveren Azərbaycanın sərhədləri daxilindədir.
Lakin “DQR” rəhbərləri “bekar qalmırlar”. Onlar erməni lobbisinin pulu hesabına düyanın bir sıra ölkələrindən – kino, estrada, media təmsilçiləri, sosial şəbəkələrin “qəhrəmanları”nı bura dəvət edir, separatçılıq məqsədilə həyata keçirdikləri cinayət əməllərinə hüquqi don geyindirməyə cəhd edirlər. Təəssüf ki, bəzən erməni təbliğatının məkrinə uyan, necə deyərlər, “tora düşənlər” də tapılır.
Belələrindən biri də cibində üç dövlətin pasportunu gəzdirən Aleksanr Lapşin idi. O, dəfələrlə DQR-ə səfərlər edib, sonra hər dəfə fə sosial şəbəkələrdə Azərbaycan xalqı, dövləti barədə hədyan və böhtanlar yağdırıb. Özünü “müstəqil jurnalist”, “azad blogger” sayan Lapşin əslində Qarabağdakı işğalçılara haqq qazandırmaqla, azad sözə, peşəkar mediaya, onun prinsiplərinə xəyanət edib.
Zaman hər şeyi yerbəyər edir. Lapşin Azərbaycan və beynəlxalq qanunları pozduğu üçün Belarusda həbs edilərək Bakıya ekstradisiya edildi və bu zaman ermənilər, onlara arxa duranlar bunu söz və mətbuat azadlığına zərbə kimi qələmə verməyə çalışdılar. Lakin heç yerdə dəstək qazana bilmədilər. Belə ki, ortada açıq-aşkar qanun pozuntusu var!
Ermənilər başa düşürlər ki, Azərbaycan xalqı, igid oğullarımız, nəyin bahasına olursa-olsun, doğma torpaqları azad etmək əzmindədir. Buna görə də, hər yerdə özlərinə yeni havadarlar axtarırlar. Bu zaman qlobal mediada guya Dağlıq Qarabağda “status-kvo”nu pozaraq “müharibənin yenidən alovlanmasını istəyən” Azərbaycan dövlətini əleyhinə təbliğat aparırlar.
Bu istiqamətdə Amerika Erməni Milli Konqresi (AEMK) xüsusi canfəşanlıq edir. AEMK rəhbərliyi dəfələrlə ABŞ Konqresini “DQR”-i ATƏT-in Minsk qrupu çərçivəsində Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların subyekti kimi tanınması üçün rəsmi Bakıya təsir göstərməyə çağırıb. Təbii ki, ermənilərin bu “təşəbbüsü” hər dəfə Azərbaycan dövləti tərəfindən sərt təpki ilə qarşılanıb.
Azərbaycan xalqı müharibə istəmir, amma torpaqlarının düşmən əsarətində qalması ilə də heç bir vəchlə barışa bilməz. Bunu ermənilər də, onların havadarları da gez-tez dərk etməlidirlər.
“Mən Vətəndən çıxdım, Vətən məndən çıxmadı...”
Son illər dünyanın əksər ölkələrində yaşayan soydaşlarımız diaspor təşkilatlarında bir araya gəlirlər. Onların arasında Qarabağın acı taleyi ilə barışmayan, milli ruhlu, qeyrətli oğullarımız çoxdur. Onlar əl-ələ verib hər ötən gün əvvəlkindən daha gur səslə, daha qətiyyətlə Qarabağın Azərbaycana qaytarılması üçün çalışırlar.
“Mən Vətəndən çıxdım, Vətən məndən çıxmadı” deyən Şotlandiyanın Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi ilə Bakıda keçirilən bir sıra tədbirlərdə görüşmüşəm. Dünya Azərbaycanlıları Konqresinin fəxri prezidenti olan qəlbi Təbriz nisgilli bu nurlu insan xalqımızın inkişaf və və tərəqqisinin yalnız birlik və həmrəylikdən keçdiyini hər bir tədbirdə yorulmadan dilə gətirir.
Uşaqlıq illəri Təbrizdə keçən, Bakını doğma Təbriz qədər çox istəyən qocaman professor Dağlıq Qarabağ probleminin ədalətli həlli üçün Azərbaycanın bütün diasporlarının “çəkici bir zindana vurmaları”nın olduqca vacib olduğunu düşünür. O əmindir ki, gündən-günə güclənən müstəqil Azərbaycan dövləti, bu tarixi ədalətsizliyə son qoymaq arzusu ilə yaşayan xalqımızın gərgin səyləri bəhrəsiz qalmayacaq.
Küveytdə yaşayan soydaşımız Könül Hacızadə də bu zəngin ölkədə Dağlıq Qarabağla bağlı həqiqətləri ictimaiyyətin diqqətinə çatdırmaq üçün, sözün həqiqi mənasında, fədakarcasına çalışır. Ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər barədə yerli mediada tez-tez çıxışlar edir, rəsmi Yerevanın münaqişənin sülh yolu həllində maraqlı olmamasının səbəblərini açıqlayır.
Bu günlərdə K.Hacıyeva milliyyətcə ərəb olan həyat yoldaşı Badi ilə birlikdə Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Küveytdə təmsil olunan Azərbaycan, türk diaspor təşkilatlarının nümayəndələri, eləcə də yerli və xarici jurnalistlərin iştirakı ilə tədbir keçirib. İştirakçılar erməni vəhşilliklərini əks etdirən çox sayda fotoşəkil, video, sənədli və bədii nəşrlərlə tanış olublar. Yeri gəlmişkən, Könül xanım sosial şəbəkələrdə də çox fəaldır. O, “Facebook”da Dağlıq Qarabağ münaqişəsi haqqında maraqlı paylaşımlar edir, tez-tez bu mövzuda təşkil olunan interaktiv müzakirələrə qoşulur.
Qəlbi, ruhu daim doğma Bakı, Azərbaycanla döyünən soydaşlarımızdan biri də Rusiya Federasiyasının Vladiostok şəhərində yaşayan Ramiz Zeynalovdur. İxtisasca memardır. Primorsk vilayətinin “Dostluq” Azərbaycan diasporunun sədridir. Vladivostokun ictimai-siyasi həyatında fəal iştirakına, xalqlar arasında dostluq, qarşılıqlı hörmət və inam hisslərinin təbliğinə görə dəfələrlə şəhər rəhbərliyinin fəxri fərmanları ilə təltif olunub.
R.Zeynalov bir neçə ildir ki Vladivostokda rus dilində “Azerbaydjan” adlı qəzet buraxır. Bu mətbu nəşrin səhifələrində Qarabağ mövzusu, təbii ki, əsas yer tutur. Ramiz müəllim deyir ki, qəzetdə Qarabağı işğal edən Ermənistandan fərqli olaraq, müstəqil Azərbaycanın sivil, demokratik inkişaf yolu seçən, ən müxtəlif xalqların və dinlərin nümayəndələrinin mehriban şəraitdə yaşayıb yaratdıqları tolerant bir ölkə olduğu burada yazılar vaxtaşırı dərc olunur.
Vətəni sevmək azdır...
1961-ci ildə Amerikanın ən gənc və xarizmatik prezidentlərindən biri olan Con Kennedi özünün inauqurasiya mərasimindəki məşhur nitqində deyib ki, hər bir vətəndaş özünə “Amerika mənim üçün nə edib yox, mən Amerika üçün nə etmişəm sualını veməlidir”. Bəlkə də bu sual ameriaklılar üçün bir qədər ritorik səslənə bilər. Hər halda, onların bizim kimi Qarabağ boyda problemləri yoxdur.
Bu gün hər bir azərbaycanlı üçün isə Qarabağ həqiqətən ülvi bir meyara çevrilib. Biz öz fəaliyyətimizi, Vətənə, torpağa, xalqa, millətə nə qədər gərəkli olduğumuzu Qarabağ üçün gördüyümüz real işlərlə ölçməliyik. Birdəfəlik dərk etməliyik ki, Qarabağsız Azərbaycan yoxdur!
Bu günlərdə xaricdə yaşayan azərbaycanlı iş adamı, "Dünya Azərbaycanlıları İttifaqı” nın rəhbəri Fizuli Məmmədovun Prezident İlham Əliyevin müvafiq sərəncamına dəstək olaraq, Cocuq Mərcanlı kəndinin bərpasına 3 milyon manat vəsait ayırdığını bildirib. Alqışa layiq, təqdir olunası addımdır, deyilmi?!
Sosial şəbəkələrdə yayılan xəbərdə iş adamı bu barədə deyib ki, biz doğma Azərbaycana olan səmimi sevgimizi məhz bu gün - köməyimizə ciddi ehtiyac duyulduğu məqamda göstərməliyik. O həm də ümid etdiyini bildirib ki, Cocuq Mərcanlıdan sonra erməni işğalından azad olunacaq Xankəndinin, Xocalının, Şuşanın, Ağdamın, Laçının, Qubadlının və Azərbaycanın digər şəhər və kəndlərində bərpasında iştirak edəcək.
Bu yaxınlarda Azərbaycan XİN-in dəvəti ilə bir qrup xarici jurnalist Cocuq Mərcanlı kəndini ziyarət edib. Onlar burada ermənilərin vaxtilə 240 ailənin yaşadığı bu kəndi necə viranə qoyduqlarını öz gözləri ilə görüblər. Türkiyə, İspaniya, Polşa, eləcə də bir sıra başqa ölkələrin mətbuatında artıq bu barədə yazılar dərc olunub. Azərbaycan Mətbuat Şurası xarici ölkə jurnalistlərinin burada aparılacaq bərpa işlərinin gedişini davamlı olaraq izləmələri üçün Cocuq Mərcanlıda mətbuat mərkəzi yaratmaq barədə düşünür.
Cocuq Mərcanlıda aparılan bərpa işləri, bu qəbildən olan başqa tədbirlər Qarabağla bağlı həqiqətləri yaymağa, xalqımız üçün bu taleyüklü məsələni dünya ictimaiyyətinin diqqət mərkəzində saxlamağa kömək edir. Əks təqdirdə, problem zaman keçdikcə unudula, gündəmdən çıxarıla bilər. Erməni lobbisi, “Böyük Ermənistan” xülyasına xidmət edən erməni ideoloqları da məhz buna çalışırlar.
Unutmaq olmaz ki, bu gün qlobal informasiya axını baş verir. Bu axının istiqaməti Qərbdən Şərqə doğrudur. Sirr deyil ki, Şərqdə baş verən hadisələr belə Qərbdə, xüsusilə okeanın o tayında “milli maraqlar bucağı”ndan saf-çürük edilərək təqdim edilir. Təəssüf ki, bu zaman xristian təəssübkeşliyi amili aşkar surətdə özünü biruzə verir.
Etiraf edək ki, erməni lobbisinin hələ kifayət qədər güclü olduğu Fransa, ABŞ və bir sıra başqa ölkələrin mediası ermənilərin təsiri ilə hələ də Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparır. Qarabağı unutdurmaq, bizim bu həqarətə boyun əyməyimizi istəyirlər. Var gücümüzlə bu haqsızlığa qarşı çıxmalı, əsl həqiqəti deməyi, tələb etməyi bacarmalıyıq.
Sonda fikirlərimi ilk dəfə 15-20 il əvvəl əvvəl eşitdiyim, əslində bu gün də populyar olan bir mahnının qulağımdan hər zaman səslənən iki misrası ilə bitirmək istəyirəm:
“Vətəni sevmək azdır,
Vətənin olmaq gərəkdir”.
Bəli, Vətəni təkcə sözdə sevməkdə iş bitmir, real, faydalı işlər görmək lazımdır. Hər birimiz Azərbaycan, Qarabağ naminə, haqq-ədalətin məkr üzərində zəfər çalması uğrunda əlimizdən gələni etməliyik. Axı, Qarabağa böyük qayıdış məhz milli birlik və həmrəylikdən keçir!
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

Əkbər Hüseynzadə
"Təhsil-press.az" İnformasiya Agentliyinin rəhbəri