Bakı Ali Neft Məktəbində (BANM) “EBSCO Discovery Service (EDS): Tədqiqatların aparılması və təlim prosesində elmi məlumatın axtarılması xidməti” adlı növbəti təlim keçirilib.
Ali Məktəbin müəllimləri və II-III kurs tələbələri üçün təlimi “EBSCO Information Service” (Praqa, Çexiya Respublikası) şirkətinin MDB üzrə regional meneceri İrina Kreysarova və “SaaS Innovation Benelux” şirkətinin almandilli ölkələr (D-A-CH) və Şərqi Avropa üzrə direktoru Roman Piontek (Berlin, Almaniya) keçiblər.
Tədbiri açan BANM-in rektoru Elmar Qasımov dinamik inkişaf edən dünyada kitabxanaların daim öz fəaliyyətində yeniliklər etməsinin, innovativ fəaliyyət metodlarından istifadə etməsinin vacibliyini bildirdi. O, qeyd etdi ki, təhsil sistemi həmişə dövrünün texnologiyalarından yararlanmağa çalışıb. Son zamanlar informasiya texnologiyalarının inkişafı və internetin yaranması tədris prosesində özündən qabaqkı texnologiyalardan fərqli olaraq görünməmiş imkanlar açır. Belə ki, yeni kompüter texnologiyaları təkcə fənnlərin tədrisi prosesinə yeni keyfiyyətlər gətirmir, onlar həm də ümumilikdə tədqiqatların aparılmasında və təlim prosesində elmi məlumatın axtarılmasında əvəzolunmaz rol oynayırlar.
EBSCO Information Service şirkətinin BANM ilə uğurlu əməkdaşlığından söz açan İrina Kreysarova vurğulayıb ki, bu axtarış xidməti dünya üzrə bütün tammətnli müəllif resurslarını birləşdirir. “Axtarış jurnal, kitab, həmçinin bütün nəşrlər üzrə aparılır. Dünyanın bütün nüfuzlu ali məktəbləri - Harvard Universiteti, Stenford Universiteti, Pensilvaniya Universiteti məhz bu servisdən elmi informasiya axtarışı üçün istifadə edirlər” – deyə o, bildirib.
“SaaS Innovation Benelux” şirkətinin almandili ölkələr (D-A-CH) və Şərqi Avropa üzrə direktoru Roman Piontek qeyd etdi ki, Discovery Service EBSCO axtarış servisinin bazasında 20 000 çox kontent-provayder, metodik materiallar üçün 50 000 jurnal, 6 milyon kitab, 100 milyondan çox qəzet məqalələri, 400 min konfrans materialları tapmaq olar.
Təlim çərçivəsində EDS bazasında tammətnli elektron resurslarından elmi-tədqiqat və tədris proseslərində istifadə üzrə praktik məşqlər keçirilib.
Qeyd edək ki, EBSCO Information Services şirkəti EBSCO Industries Inc. bölməsi olub kitabxanalar üçün elektron resurslar təchiz edən aparıcı şirkətdir. EBSCO Discovery Service şirkətinin məhsulu dünyanın 8.600-dən artıq universitetində elmi-tədqiqat məqsədləri ilə istifadə olunur. BANM-də bu sistem 2015-ci ildən tətbiq olunur və Ali Məktəbin internet səhifəsi vasitəsi ilə istifadə oluna bilir.

BANM-nin Mətbuat Xidməti