Bakı Ali Neft Məktəbində (BANM) Amerika Yoxlama və Materiallar Cəmiyyəti (ASTM) ilə Amerika Neft İnstitutu (API) tərəfindən Azərbaycanın texniki yönümlü universitetləri üçün seminar keçirilib.
Seminarda BANM-in rektoru Elmar Qasımov tədbirin Azərbaycan universitetlərində tədris prosesinin səmərəli təşkili məqsədilə testlə əlaqədar vahid standartların və normaların hazırlanması və tətbiqi üçün əhəmiyyətini qeyd edib, iştirakçılara uğurlar arzulayıb.
ASTM-in satış və marketinq üzrə vitse-prezidentinin köməkçisi Ceyms Tomas hesabatla çıxış edərək təmsil etdiyi cəmiyyət tərəfindən tətbiq olunan standartlardan və test metodlarından, online tədris proqramlarından və elektron kitabxanaların təşkili barədə tədbir iştirakçılarına məlumat verib.
API-ın qlobal sənaye xidmətləri üzrə direktoru xanım Lakşmi Mahon neft-qaz sənayesində, eləcə də tədris proqramlarında və fərdi sertifikatlaşdırma proqramlarında istifadə olunan API standartları barədə məlumat verib.
Tədbirdə Azərbaycanın ondan artıq ali təhsil müəssisəsi təmsil olunub
Qeyd edək ki, ASTM materiallar, məhsul, sistem və xidmətlər üçün standartlar hazırlayan beynəlxalq Amerika təşkilatıdır. Amerikanın Neft İnstitutu (API) ABŞ-ın bütün aspektləri araşdıran və neft-qaz sənayesində məsələlərin həlli ilə bağlı fəaliyyətini təmin edən yeganə qeyri-hökumət təşkilatıdır. ASTM və API neft-qaz sənayesi üzrə sənədləşmə üçün müəyyən standartların hazırlanması sahəsində əməkdaşlıq edir.

BANM-nin Mətbuat Xidməti