İyirmi beş il əvvəl erməni silahlı quldur dəstələri tərəfindən Qarabağ müharibəsinin ən böyük və qəddar kütləvi qırğını törədildi.1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xankəndidə yerləşmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının iştirakı ilə erməni quldur dəstələri Xocalı şəhərini zəbt etdilər.Azərbaycan şəhəri olan Xocalıda bir gecəyə heç kimə aman vermədən 613 nəfəri güllələyən ermənilərlə Xolokostda faciə törətmiş faşistlər arasında heç bir fərq yoxdur.Həlak olanlar arasında 83-ü uşaq, 106-sı qadın,70-i isə qocalar idi. 8 ailə isə tamamilə məhv edildi.487 insan 76 uşaq da daxil olmaqla yaralandı, 150 nəfər itkin düşdü,1275 nəfər isə əsir götürdülər.
- Xocalı hadisələri bir daha onu göstərdi ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikmək ,ərazimizi qəsb etmək yox, xalqımıza qarşı soyqırımı törətmək kimi vəhşi bir yola düşmüşlər.Bu,Xocalı hadisələrində özünü açıq-aşkar büruzə verdi.O dəhşətli gecədə Azərbaycan xalqının urəyinə bir süngü taxıldı.O süngü indiyədək bizi sızıldadır.Bu yara hələ sağalmayıb,bağlanmayıb, bu yara qəlbimizdə həmişə olacaqdır.Qeyd etdiyim kimi ,gecə vaxtı dinc əhaliyə hücum etmək,uşağı,qadını,qocanı,xəstəni vəhşicəsinə yerindəcə məhv etmək,öldürmək və onlara görünməmiş qəddarlıqla əzab-əziyyət vermək düşmənlərimizin nə qədər vəhşi olduğunu bir daha sübut edir.
20 Yanvar faciəsi baş verəndə Bakıya yenicə gəlmişdim.Mən də bu faciənin iştirakçısı oldum.1990-cı ilin mart ayında Xocalıya şəhər statusu verilməsi ilə bağlı söhbətlər gedirdi.Xocalıda abadlıq işləri və islahatlar aparmaq üçün könüllülər cəlb olunurdu.Laçındakı xidmətlərimi nəzərə alıb məni 23 nəfərdən ibarət komandaya rəhbər təyin etdilər.Qısa müddət ərzində şəhər camaatına qaynayıb-qarışdım.İlk böyük tədbiri 1990-ci il may ayının 28-də məktəblilərlə birlikdə Xocalı şəhər stadionunda keçirdik.Sonralar həmin məktəblilərin çoxu Xocalı soyqırımı zamanı həlak oldu.Mən artıq Xocalıya bağlandım.Təkcə abadlıq işlərində deyil,bütün işlərdə fəallıq göstərməyə başladım.Mənim və yoldaşlarımın təklifi ilə Xocalıda ilk beşmərtəbəli bina tikildi.Təssüflər olsun ki,Xocalı faciəsi yaşanarkən həmin bina da,150 nəfərlik tam təhcizatlı xəstəxana da digər tiklilər kimi ermənilərə qaldı.Dəfələrlə məsələ qaldırdıq ki,bizi silahlandırın ,amma imkan vermədilər.Biz ov tüfəngləri ilə müdafiə olunurduq.Ermənilərsə məqsədli şəkildə silahlanmışdılar.Hakimiyyət bizim silahlanmağımıza qəti şəkildə imkan vermədi.Hadisələrin daha da kəskinləşdiyi dövrdə həm Səhər qəzetinin müxbiri kimi fəaliyyət göstərirdim,həm də könüllü müdafiə dəstəsinin tərkibində xidmət edirdim.O vaxt Xocalının tabor komandiri rəhmətlik Tofiq Hüseynov idi.Sonralar ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi.Onunla birlikdə çox əməliyyatda iştirak etmişdim.Dəfələrlə Xocalının işgal olunacağını yuxarılara bildirsək də,qabaqlayıcı tədbirlər görülmədi.
Xocalı işğal olunan gün orada yox idim.Həmin gün biz Xocalının yaxınlığında olsaq da,şəhərə girə bilmirdik.Hələ 1991-ci ilin noyabrından ermənilər Ağdamdan Əsgərana ,oradan da Xocalıya gedən yolu beton dirəklərlə bağlamışdılar.Şuşa tərəfdən də gələn yollar bağlı idi.Biz yalnız hava nəqliyyatından istifadə edirdik.Bir də ara yollar vardı ki,orada da ermənilər pusqu qurmuşdular,gəlib-gedəni tuturdular.Ndir hallarda yol boş olurdu.Xocaliya keçmək üçün yol axtarırdıq.Fevralın 21-dən 25-nə qədər dəfələrlə cəhd etsək də,planımızı həyata keçirə bilmədik.Məqsədimiz mühasirədə qalan əhalini,heç olmasa qadınları,körpələri,yaşlıları Xocalıdan çıxarmaq idi.Amma buna imkan vermirdilər.Rusiyanın bu işdə əli vardı.Dörd aydan artıq idi ki,şəhər hər tərəfdən mühasirədə idi.1192-ci il fevral ayının 13-də Xocalıya çox az miqdarda ərzaq gətirən bir hərbi vertolyot düşmüşdü.Məhz həmin vertolyotda 80-nə yaxın qadın, uşaq və qocanı oradan çıxarmışdılar.Yeganə kömək də məhz elə o olmuşdu.Hətta Xocalının sabiq icra başçısı Elman Məmmədov (bu gün Milli Məclisin deputatıdır) şəhəri tərk etmək istəyən kişilərə icazə verməmişdi ki, biz burada qalacığıq.Yol açılmır ki,açılmırdı.Belə olan halda Xocalıya girmək üçün başqa yollardan istifadə etmək qərarına gəldik.Dəstəmizdəki uşaqlardan yeddi nəfər minaya düşdü.Bununla da əməliyyat pozuldu.Mən geri qayıdaraq Milli Qəhrəmanımız,şəhid Şirin Mirzəyevin rəhbərlik etdiyi alayda onlarla birlikdə hərəkət etməyə başladım.Artıq gecə saat 11-dən sonra şəhərdən alovlar yüksəlirdi.Əlbəttə , biz Xocalının işğal olunacağını qabaqcadan görürdük, amma bu cür dəhşətli olacağını təxmin etmirdik.Hadisələr o qədər dəhşətli idi ki,gözümüzə heç nə görsənmirdi, geri durmaq niyyətində deyildik.Bir az da şəhərə doğru irəlilədik.Ayın 26-da axşama kimi yaralıları və meyitləri daşıdıq. Artıq müxbir olduğum heç yadıma da düşmürdü.Dərs dediyim uşaqları, cavanları, yaşlıları və qadınları həlak olmuş görəndə az qalırdı ürəyim partlasın.Axşama kimi yüzə yaxın yaralarını bölgədən uzaqlaşdırmışdıq.Təpələr yaralı adamlarla dolu idi.Hər tərəfdən yaralıların iniltisi gəlirdi.Bəzi yaralıları ermənilər Azərbaycan dilində çağırırdılar ki, filankəsəm, hardasınız gələk köməyə.Aldadıb tuturdular.Başım o qədər qarışmışdı ki,hər şeyi unutmuşdum.Axşam saat 6-da yadıma düşdü ki,axı mən müxbirəm, mövcud hadisələr haqqında Bakıya xəbər verməliyəm.Həmin gecə Ağdam camaatı böyüklü-kiçikli səfərbər olub yaralıların rayon xəstəxanasına yerləşdirilməsində,qaçanlara yardım edilməsində əllərindən gələni əsirgəmədilər.Təkcə Allahverdi Bağırovun rəhbərlik etdiyi taborun döyüşçüləri yaralı, girov , meyitqarışıq-1203 nəfər Xocalı sakinini mühasirədən çıxarmışdı.Mənim “Lomo” markalı kiçik fotoaparatım vardı.Onunla bəzi kadrlar çəkirdim.Axşam saat 7-də Ağdamdan Bakıya zəng elədim.Saat 8-də qəzet çapa verilməli idi.Telefonu baş redaktorun müavini Hidatət Elvüsal götürdü.Soruşdu ki, de görüm bölgədə nə baş verir.Dedim:’’Hidayət müəllim, vəziyyət həddindən artıq gərgindir,Xocalı işgal olunub’’.Dedi :’’ Sən nə danışırsan? Axı bizdə olan məlumata görə,cəmi iki nəfər həlak olub, vəziyyət stabildir’’.Bərk əsəbləşdim, mən məlumatımda ölənlərin sayı yüzlərdir yazmışam, bunlarda olan məlumatda isə iki nəfər göstərilirdi.Tanıdığım adamlardan şəhid olanlar gəldi gözümün qabağına və özümdən asılı olmayaraq telefonda ağlamağa başladım.Dedim: - Hidayət müəllim, siz öz bölgə müxbirinizə inanmırsınız ? Dedi ki: Ağlama Şamil, ‘’AzərTAc’’ ın məlumatını çıxarıb sənin məlumatını manşetə yerləşdiririk.Narahat olma , biz sənə inanırıq.Əlaqə saxla.
Təsəvvür edin ki,həmin axşam efirdə Xocalının bizdə olması ilə bağlı xəbər səsləndirilmişdi.Ertəsi gün isə’’ Səhər’’ qəzetində belə bir xəbərin yayılması aləmi qatdı bir-birinə.Mənə xəbər verdilər ki, DTK nümayəndələri səni axtarırlar. Mən isə yaralıların cəbhə xəttindən daşınması ilə məşğul idim.Ayın 28-də hələ də xəbəri gizlətməyə çalışırdılar.Yadıma gəlir, DTK nümayəndələri faciə ilə bağlı çəkilən şəkilləri də məhv eliyirdilər.Redaksiyadan mənə zəng gəldi ki, sən şəkil çəkmisən? Dedim: -Bəli çəkmişəm.Dərhal göndərməyimi xahiş etdilər.Çünki qəzetimizi hətta Ali Sovetin müzakirəsinə çıxarmışdılar ki, guya biz yalan məlumatlar yayırıq.Mart ayının 4-də fotolentləri Bakıya göndərdim.Təssüf doğura odur ki,o dövrün hakimiyyət orqanları,dövlət məmurları Xocalı faciəsinə laqeyd yanaşmasaydılar belə dəhşətli qırğın olmazdı,yüzlərl günahsız insan qanı tökülməzdi.Nəzərə alınmalıydı ki,bu faciənin törədilməsində bəzi xarici ölkələrin də maraqları vardı.Bu gün əsas məqsədimiz qan yaddaşımıza əbədi yazılmış Xocalı faciəsini dünya ictimaiyyətinə kifayət qədər tanıtmaqdır.Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti yüksək qiymətləndirilməlidir.Məhz Fondun dəstəyi ilə Xocalı faciəsi ilə bağlı xarici dövlətlərdə müəyyən tədbirlər həyata keçirilir.Bu fəaliyyətlərin nəticəsidir ki, bu gün Pakistan,Meksika və Kolumbiya Xocalı soyqırımını rəsmən tanıyır.Bütün dünyada artıq Xocalı harayı eşidilir.Bu da aparılan siyasətin uğurundan xəbər verir.

HEYDƏR ƏLİYEV
Azərbaycanın ümummilli lideri
Azərbaycanın ümummilli lideri
QAN YADDAŞIMIZA ƏBƏDİ YAZILAN FACİƏ

Şamil Sabiroğlu
Müharibə veteranı,Xocalı Soyqırımın iştirakçısı,
Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin Sədri