Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 28-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ilə təkbətək görüşü olub.
Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərifə yüksək qonaqpərvərliyə görə təşəkkür etdi. Məhəmməd Nəvaz Şərifin Bakıya uğurlu səfəri xatırlandı.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu bildirildi. Azərbaycanla Pakistan arasında siyasi əlaqələr müzakirə edildi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulandı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı ölkələrimizin bir-birinə qarşılıqlı dəstək verdiyi və qətiyyətli mövqe nümayiş etdirdiyi bir daha vurğulandı. Görüşdə müdafiə və müdafiə sənayesi sahəsində konkret layihələr müzakirə olundu. Azərbaycanın Pakistanın inkişaf etmiş hərbi sənaye kompleksinin məhsullarını idxal etməsi ilə bağlı razılaşma əldə edildi. Bundan əlavə, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulandı, fevral ayında 20-yə yaxın Azərbaycan şirkətinin Pakistanda ixrac missiyasında olduğu və bu missiyanın Azərbaycanın Pakistana ixracının artırılması məqsədi daşıdığı qeyd edildi. Söhbət zamanı, energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi, bu gün imzalanan Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında enerji sahəsində əməkdaşlıq haqqında sazişin bu sahədə uğurlu addım olduğu vurğulandı. Görüşdə humanitar və mədəni sahədə əlaqələr müzakirə olundu. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinin yüksək səviyyədə təşkil olunması ilə bağlı baş nazir Məhəmməd Nəvaz Şərifə minnətdarlığını bildirdi.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirildi
Daha sonra Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında enerji sahəsində əməkdaşlıq haqqında saziş imzalandı.
Təhsil-press.az