Rusiya Prezidenti Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Rusiya Prezidenti Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Hörmətli Mehriban Arif qızı. Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm.
Qadınlar bütün dövrlərdə ailə ocağının, ailə dəyərlərinin və ənənələrinin mühafizəçiləri olub, sevgi və sədaqəti, qəlbin hərarətini və ümidləri təcəssüm ediblər.
Sizin həyatınızda işıqlı və sevincli günlərin mümkün qədər çox olmasını, işlərinizin və təşəbbüslərinizin həmişə uğurla nəticələnməsini ürəkdən arzu edirəm.
Sizə möhkəm cansağlığı, uğurlar və firavanlıq diləyirəm”.

Təhsil-press.az

Oxşar xəbərlər