Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının iclası keçirilib.
İnstitutdan tehsil-press.az-a bildiriblər ki, iclasda 2016-2017-ci tədris ilində qurumun fəlsəfə doktoru hazırlığı üzrə əyani doktoranturaya qəbul olunmuş doktorantların dissertasiya mövzuları və elmi rəhbərləri təsdiqlənib.
İnstitut direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərinə ezamiyyəti barədə məlumat verib.
Qeyd edilib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının yığıncağında P.Kərimov elm nominasiyası üzrə mükafata layiq görülüb.
Tədbirdə görkəmli pedaqoq, alim və kitabşünas Əbdülqəni Əfəndi Xalisəqarızadənin 200 illik yubileyi ilə əlaqədar elmi sessiyanın keçirilməsi barədə təklif səsləndirilib.
Müzakirələrdən sonra sessiyanın payızda keçirilməsi qərara alınıb.
Afət Abbasova