“Məhəmməd Həsən Hacınskinin sosial-mədəni mühiti və siyasi idealları” monoqrafiyası çapa hazırlanır

“Məhəmməd Həsən Hacınskinin sosial-mədəni mühiti və siyasi idealları” monoqrafiyası çapa hazırlanır Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Aydın Dadaşovun “Məhəmməd Həsən Hacınskinin sosial-mədəni mühiti və siyasi idealları” monoqrafiyası çapa hazırlanır.

Tehsil-press.az xəbər verir ki, bu əsər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutu elmi şurasının qərarı ilə çapa məsləhət görülüb.
Monoqrafiya XX əsrin əvvəllərində ölkəmizdə sosial-demokrat partiyasının, “Difai” təşkilatının formalaşmasında ictimai xadim, Bakı bulvarının yaranmasında, İçərişəhərin bərpasında memar, Azərbaycan Demokratik Respublikasının beynəlxalq miqyasda tanınmasında siyasətçi kimi müstəsna rol oynamış, Sovet dövründə Zakfederasiya rəhbərliyində təmsil olunmuş Məhəmməd Həsən Hacınskinin sosial-mədəni mühitini, siyasi ideallarını araşdırır.
Nəşrin elmi redaktoru Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, rəyçiləri tarix üzrə fəlsəfə doktorları Kamran İsmayılov, İlqar Niftəliyev və Natiq Məmmədzadədir.
“Şərq-Qərb” nəşriyyat evi tərəfindən nəfis şəkildə çap olunacaq kitab mütəxəssislər və tələbələrlə yanaşı, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Tehsil-press.az

Oxşar xəbərlər