Məhəmmədhüseyn Şəhriyarın fars dilində yazdığı əsərləri doğma ana dilinə tərcümə olunaraq oxucuların ixtiyarına verilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu elmi şurasının qərarı ilə “Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri” kitabı işıq üzü görüb. Kitaba M.Şəhriyarın fars dilində yazdığı əsərlər, həmçinin İranda çıxan “Divan”ından orijinal tərcümələr və Bakıda çap olunmuş “Seçilmiş əsərləri”ndəki bədii tərcümə nümunələri daxil edilib. Nəşrin elmi redaktoru akademik İsa Həbibbəyli, elmi məsləhətçisi filologiya elmləri doktoru, professor Teymur Əhmədov, tərtib edən, “Ön söz”ün, qeyd və izahların, eləcə də 52 tərcümənin müəllifi filologiya elmləri doktoru, professor Vüqar Əhməddir.
Tehsil-press.az-a bildirib ki, Şəhriyar yaradıcılığı Türkiyə, Ön və Orta Asiya, Pakistan, Əfqanıstan, Hindistan, Qafqaz və başqa ölkələrdə ədəbi prosesə, onun inkişafına, həmin ölkələrin milli ədəbiyyatlarına ciddi təsir göstərib. Şəhriyar klassik şeirin bütün janr, növ və şəkillərində qələmini sınayaraq fars və Azərbaycan ədəbiyyatını yüksək məzmunlu qəzəl, qəsidə, məsnəvi, dübeyti, qitə və rübailərlə zənginləşdirib. Onun şeirləri dünyanın bir çox dillərinə tərcümə edilib, insanların ruhunu oxşayıb. Şəhriyarın farsca yazdığı əsərlərin bir hissəsi Azərbaycanın istedadlı şair və alimləri tərəfindən ana dilinə tərcümə olunub. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu bu ənənəni davam etdirir. “Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri” kitabına qüdrətli söz ustadının ancaq farsca yazdığı əsərlərin tərcüməsi daxildir.
Qeyd edək ki, bu dəyərli kitaba Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Farsdilli əlyazmaların tədqiqi” şöbəsinin böyük elmi işçisi Hacı Mustafa Mailoğlu rəy verib.
Tehsil-press.az