20 dekabr 2016-cı il tarixdə Bakı Slavyan Universitetində (BSU) görkəmli alim, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Aqil Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. BSU-nun təlim- tərbiyə işlər üzrə prorektoru, fil.ü.f.d Xanım Sultanova Aqil Əliyevin keçdiyi ömür yolundan söhbət açıb.
Universitetin Azərbaycan tarixi və ictimai elmlər kafedrasının müdiri, professor Cahangir Məmmədov Aqil Əliyevin elmi yaradıcılığı haqqında konfrans iştirakçılarına məlumat verib. O bildirib ki, A.Əliyevin Sovet dövründə Azərbaycan Tibb Universitetində rəhbərlik etdiyi iqtisadiyyat kafedrası bütün SSRİ-də tanınıb. Onun hazırladığı iqtisadi konsepsiyalar SSRİ-nin iqtisadiyyatının inkişafında mühüm rol oynayıb.
Beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının baş müəllimi Babaşah Babayev 1980- ci illərin əvəllərində SSRİ-də ərzaq çatışmazlığı döründə Aqil Əliyevin böhrandan çıxmaq üçün mühim iqtisadi nazəriyyə hazırladığını bildirib və qeyd edib ki, həmin nəzəriyyənin öyrənilib, tətbiq edilməsi üçün o zamanlar Sankt-Peterburqdan Bakıya alimlər heyəti gəlib.
Beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının müdiri professor Məmməd Əliyev görkəmli alimin xeyriyyəçilik fəaliyyəti barədə maraqlı faktlar açıqlayıb. Adıçəkilən kafedranın baş müəllimi Mətanət Şadlinskaya, Azərbaycan tarixi və ictimai elmlər kafedrasının dosentləri Qalib Barxalov, Arzuman Əmirov və digərləri öz çıxışlarında A.Əliyevin neçə-neçə elmlər namizədi və elmlər doktoru, aspirant yetişdirməsindən, onun 50 il işlədiyi Tibb Universitetində tələbələrə xüsusi qayğı və məhəbbətlə yanaşmasından danışıblar.
Elmi-praktik konfransın sonunda tələbələrin çoxsaylı sualları cavablandırılıb.

BSU-nun Mətbuat xidməti