Fransanın nüfuzlu l’Opinion jurnalında Klod Leblankın (Claude Leblanc) “Azərbaycan özünü İpək Yolunda “5 ulduz hövzə” kimi təsəvvür edir” adlı məqaləsi dərc edilib.
Təhsil-press.az-ın məlumatına görə, müəllif Azərbaycanın qədim İpək Yolu üzərində yerləşdiyini, ticarət karvanları üçün təyinat nöqtəsi olduğunu qeyd edir. Coğrafi vəziyyətinə görə Cənubi Qafqaz regionunda, Avropa ilə Asiyanın sərhədində yerləşən Azərbaycan buğun Çinin “bir kəmər, bir yol” təşəbbüsü olan Şərq-Qərb, Şimal-Cənub marşrutlarının inkişafında üstün rol oynayır.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov ilə görüşən müəllif, Bakıdan 70 km məsafədə yerləşən Ələt limanının fəaliyyəti haqqında məlumat verir və buranın təkcə ticarət məkanı kimi deyil, həm də istehsal sahəsi kimi də nəzərdə tutulduğunu diqqətə çatdırır. Müəllif Taleh Ziyadova istinadən “biz neft sahəsində təcrübəmizə arxalanaraq bu layihənin reallaşması üçün ideal şərait yaratmaq niyyətindəyik” yazır. O, həmçinin azad ticarət zonasının fəaliyyətinə dair tezliklə qanunun qəbul ediləcəyini bildirir. Yeni qanunda inzibati prosedurların sadələşdirilməsi, xarici müəssisələrdə investisiyaların tam qorunması və iqtisadi cəhətdən əlverişli şəraitin yaradılması nəzərdə tutulub. Artıq bir sıra sərmayədarlar bu təşəbbüsü dəstəkləyib və əməkdaşlıq etmək niyyətlərini bildiriblər.
Bakı-Tbilisi-Qars və Astara-Rəşt (İran) dəmiryolu xəttinin çəkilməsi üzrə görülən işlərdən söz açan müəllif, ikinci layihənin maliyyələşdirilməsinə rəsmi Bakı tərəfindən də vəsaitin ayrılacağını da diqqətə çatdırır.
Təhsil-press.az