ABŞ Konqresində Azərbaycan işçi qrupunun həmsədri müasir İpək Yolundan yazıb

ABŞ Konqresində Azərbaycan işçi qrupunun həmsədri müasir İpək Yolundan yazıb ABŞ Konqresində Azərbaycan işçi qrupunun həmsədri Stiv Koen ABŞ-ın tanınmış xəbər mənbələrindən olan USNews-da dərc etdirdiyi məqalədə bu ölkənin rəsmi dairələrini Qafqaz və Mərkəzi Asiyadan keçməklə, Avropa və Asiya arasında müasir İpək Yolunu təmin edəcək "Trans-Xəzər Şərq-Qərb Nəqliyyat və Tranzit Dəhlizi"ninin inşasına fəal surətdə dəstək vərməyə çağırmışdır.

Yazıda konqresmen Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyənin regional ticarət və tranzit daşımalarının inkişaf etdirilməsi məqsədilə səylərini birləşdirdiyi və bunun gələcəkdə regionu biznes və yatırımlar üçün cəlbedici edəcəyini qeyd etmişdir.
Stiv Koen bu yazısında eyni zamanda ABŞ-Azərbaycan münasibətlərinə toxunaraq, Azərbaycanı ölkəsinin dəyərli müttəfiqi kimi xarakterizə edir və onlar arasında mövcud çoxşaxəli əməkdaşlıqdan söz açır.
Bu məqalə Qərb dairələrində müasir İpək Yolu, xüsusilə Trans-Xəzər Şərq-Qərb Nəqliyyat və Tranzit Dəhlizinə artan marağın növbəti nümayişidir. Xatırlatmaq lazımdır ki, yalnız bir neçə həftə öncə, 28-29 aprel tarixlərində Vaşinqtonda, ABŞ-ın tanınmış elm və təhsil müəssisələrindən olan Cons Hopkins Universitetində Azərbaycan tərəfinin təşəbbüsü və Gürcüstan, Qazaxıstan və Türkiyənin ABŞ-dakı Səfirlikləri ilə birgə Trans-Xəzər Dəhlizinə həsr olunmuş geniş konfrans təşkil edilmişdir.
Stiv Koenin məqaləsinin tam mətni ilə növbəti internet səhifəsində tanış olmaq mümkündür:


Tehsil-press.az

Oxşar xəbərlər