Bakı Ali Neft Məktəbində (BANM) ənənəvi keçirilən “Bərpa olunan enerji: çağırışlar və perspektivlər” mövzusunda seminarın növbəti iclası təşkil edilib.
Tədbirdə müxtəlif dövlət orqanlarının, Azərbaycan Milli Elmlər Akademiyasının institutlarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, şirkətlərin nümayəndələri, müstəqil ekspertlər iştirak ediblər.
İclasda “Azalternativenerji” MMC-nin Bərpa Olunan Enerji Resurslarının Monitorinqi Mərkəzi rəhbərinin müavini Rasim Məmmədovun “Azərbaycanda bərpa olunan enerji resurslarının monitorinqi” mövzusunda məruzəsi dinlənilib. Vurğulanıb ki, ölkəmizdə bərpa olunan enerji resurslarının monitorinqini həyata keçirmək məqsədilə 21 meteostansiya quraşdırılıb. R.Məmmədov il ərzində müxtəlif hündürlükdə radiasiyanın, temperaturun, küləyin sürətinin, rütubətin və sair parametrlərin ölçülməsi əsasında bərpa olunan enerji resurslarının qiymətləndirilməsinin nəticələrini açıqlayıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

BANM-nin Mətbuat Xidməti