Cəlilabadda ağır yol qəzası baş verib

Cəlilabadda ağır yol qəzası baş verib Cəlilabadda 1 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 125 -ci km-də qeydə alınıb.
Cəlilabad rayon Musalı kənd sakini Zaur Babayev VAZ-21015 markalı avtomobili ilə Bakı istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn Bakı şəhər sakini Xanağa Nəzərovun idarə etdiyi avtomobillə toqquşub. Nəticədə VAZ-21015 markalı avtomobildə olan sərnişin Fariz Rəsulov hadisə yerində dünyasını dəyişib.
Hər iki avtomobilin sürücüləri və sərnişinlər Məhəmməd Məmmədov, Dilbər Əbilova və Telman Əbilov yaralı halda Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Həkimlər onların vəziyyətini orta ağır qiymətləndiriblər.
Faktla bağlı araşdırma aparılır.


Tehsil-press.az

Oxşar xəbərlər