İbtidai sinif müəllimləri üçün “Peşəyə giriş” seminarları keçiriləcək

İbtidai sinif müəllimləri üçün “Peşəyə giriş” seminarları keçiriləcək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) və “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən bu il işə qəbul olunan ibtidai sinif müəllimləri üçün "Peşəyə giriş" seminarları keçiriləcək.
Seçilmiş ibtidai sinif müəllimlərinə 3 gün ərzində "İbtidai təhsilin missiyası və xüsusiyyətləri", "Məzmun standartlarının şərhi; dərs icmallarının hazırlanması", "Uşaq psixologiyası; uşaqla ünsiyyət və əməkdaşlıq qurmağın konstruktiv yolları", "Sinifdə öyrədici mühitin yaradılması; şagird tədqiqatının təşkili" mövzularında seminarlar keçiriləcək.
Seminarda iştirak üçün yalnız bu il işə qəbul olunan və daimi əsaslarla işləyən ibtidai sinif müəllimləri müraciət edə bilər. 
Seminarlar 27-29 oktyabr 2016-cı il tarixlərində keçiriləcək.
Ərizələr 25 oktyabr 2016-cı il tarixinədək elektron (http://bit.ly/2exlxAT) formada qəbul ediləcək

Tehsil-press.az

Oxşar xəbərlər