“Olimpiya Hərəkatı-2017” proqramı çərçivəsində rayondaxili yarışlar davam edir

“Olimpiya Hərəkatı-2017” proqramı çərçivəsində rayondaxili yarışlar davam edir “Olimpiya Hərəkatı-2017” (“Olympic Moves-2017”) idman proqramı çərçivəsində rayondaxili yarışlar davam edir.
Rayondaxili yarışlarda paytaxtdan 294, regionlardan isə 112 məktəb olmaqla, ümumilikdə 406 məktəb iştirak edir. Qarşılaşmalar beş idman növü – voleybol, basketbol, badminton, velosiped yarışı və atletika üzrə keçirilir. Martın əvvəllərindən başlanan rayondaxili yarışlar iyuna qədər davam edəcək.
“Olimpiya Hərəkatı-2017” idman proqramı Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın əsas məqsədi olimpiya idman növlərinin məktəblilər arasında təbliğini aparmaqla, şagirdləri sağlam və fəal həyat tərzinə cəlb etmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığı genişləndirmək, olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdir.

Hikmət Əliyev

“Olimpiya Hərəkatı-2017” proqramı çərçivəsində rayondaxili yarışlar davam edir“Olimpiya Hərəkatı-2017” proqramı çərçivəsində rayondaxili yarışlar davam edir“Olimpiya Hərəkatı-2017” proqramı çərçivəsində rayondaxili yarışlar davam edir

Oxşar xəbərlər