Pilot özünü pis hiss etdi, stüardessa sükan arxasına keçdi

Pilot özünü pis hiss etdi, stüardessa sükan arxasına keçdi Almaniyanın “TUIfly” aviaşirkətinin stüardessası uçuşların birində ikinci pilotu əvəz etməli olub.

Təhsil-press.az-ın məlumatına görə, “Boeing 737-800” təyyarəsi Fransa üzərində olarkən ikinci pilot özünü pis hiss edib. Kabinəni tərk edən pilotu təyyarənin stüardessalarından biri əvəz edib.
Aviaşirkət nümayəndəsinin sözlərinə görə, təyyarənin kapitanı və stüardessa öz işlərinin öhdəsindən məharətlə gəlib və təyyarə hava limanına uğurlu eniş edib.

Təhsil-press.az

Oxşar xəbərlər