Məşhur yazıçının kitabı milyonlara satıldı

Məşhur yazıçının kitabı milyonlara satıldı İngilis dramaturqu Uilyam Şekspirin əsərlərinin ilk nəşrləri 3,7 milyon dollara satılıb.

Tehsil-press.az-ın məlumatına görə, "Kristi's" auksion evinin təşkil etdiyi hərracda Şekspirin ilk dörd nəşrindən ibarət külliyyatı 3,7 milyon dollara alıcı tapıb.
1623-cü ildə dərc edilmiş "İlk folio" 2 milyon 750 min dollara satılıb. Bu kitaba dahi ingilis dramaturqunun 36 pyesi daxildir. Onlardan 18-i daha əvvəl çap edilməyib.
"Folio" və 1632, 1664 və 1685-ci illərdə dərc edilmiş digər nəşrlər amerikalı kolleksiyaçıya satılıb. Həmin kolleksiyaçı Şekspirin dörd ən erkən nəşrinin sahibidir. Alıcının adı gizli saxlanılır.


Məşhur yazıçının kitabı milyonlara satıldı

Tehsil-press.az

Oxşar xəbərlər