Cənubi Afrika Respublikasında hər üç gündə bir kərgədan ovlanır

Cənubi Afrika Respublikasında hər üç gündə bir kərgədan ovlanır Cənubi Afrika Respublikasının (CAR) Ekologiya Nazirliyi ötən il 1054 kərgədanın qanunsuz ovlandığını açıqlayıb. Əvvəlki illərə nisbətən qaçaq ovçuların öldürdüyü kərgədanların sayı azalsa da, hazırda hər üç gündə bir heyvan ovlanır.

Təhsil-press.az xəbər verir ki, bu heyvanlar buynuzlarına görə brakonyerlərin qurbanı olurlar.
CAR-dakı Kruger Milli Parkı ağ kərgədanın sayına görə qitədə birincidir. Milli parkın ərazisində 7800 başadək ağ kərgədan yaşayır. 2015-ci ildə ovlanan 1175 kərgədanın 825-i bu ərazinin payına düşüb. Görülən tədbirlər sayəsində bu rəqəm 20 faiz azalaraq 662-yə düşüb.
Bu heyvanlar son on ildə ən çox 2014-cü ildə ovlanıb. Həmin il 1215 kərgədan qaçaq ovçuların hədəfinə tuş gəlib.

Təhsil-press.az

Oxşar xəbərlər