Amerikalı alimlər xərçəng xəstəliyinin C vitamini ilə müvəffəqiyyətlə müalicəsindən danışıblar

Amerikalı alimlər xərçəng xəstəliyinin C vitamini ilə müvəffəqiyyətlə müalicəsindən danışıblar ABŞ-ın Ayova Universitetinin alimləri beyin və ağciyər xərçənginin klinik müalicəsinin ilk fazasının müvəffəqiyyətlə başa çatmasından danışıblar. Bu prosedur üçün C vitamininin çox yüksək dozalarından istifadə olunub.

Təhsil-press.az xəbər verir ki, bu barədə tədqiqatın rəhbəri Brayan Allen məlumat verib.
O deyib: “Hazırda nəticələr çox ümidvericidir. Amma biz hələlik bunu bilirik ki, C vitamininin kimyəvi terapiyanı nə dərəcədə səmərəli etdiyini klinik sınaqların ikinci fazası göstərəcək”.
Xatırladaq ki, iki il əvvəl C vitamininin köməyi ilə dayanıqlı xərçəng şişlərinin məhv edilməsi üzrə əməliyyat uğurla başa çatıb. Sınaqlar siçanlar üzərində aparılıb.

Təhsil-press.az

Oxşar xəbərlər