Putin kralı Rusiyaya dəvət etdi

Putin kralı Rusiyaya dəvət etdi Rusiya prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül-Əziz Əl Səud arasında telefon danışığı olub.

Tehsil-press.az xəbər verir ki, bu barədə rəsmi Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.
“Səudiyyə Ərəbistanı kralı Sankt-Peterburq şəhərində baş vermiş terror aktını qınayıb, Rusiya prezidenti və bütün rus xalqına dərin başsağlığı verib”, - deyə Kremldən bildirilib.
Dövlət başçıları terrorçuluğa qarşı beynəlxalq mübarizə səylərinin artırılmasının vacibliyini vurğulayıblar.
Putin səudiyyəli həmkarını Rusiyaya dəvət edib.

Tehsil-press.az

Oxşar xəbərlər