Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində “İslam Həmrəyliyi İli” çərçivəsində “Sülh, mərhəmət, dözümlülük və ədalət İslam dininin dəyərləridir” mövzusunda konfrans keçirilib.
Tədbirdə bu ali məktəbin prorektoru, professor Aydın Kazımzadə ölkədəki mövcud dini durum, dini tolerantlığın tarixi ənənələri, qeyri-ənənəvi cərəyanlarla mübarizə sahəsində din xadimlərinin, ictimaiyyətin qarşısında duran vacib məsələlərdən bəhs edib, uşaq və gənclərin mənəvi inkişafının əhəmiyyətindən danışıb. Qeyd olunub ki, konfrans Prezident İlham Əliyevin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə imzaladığı “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” fəaliyyət planına uyğun olaraq keçirilir.
Akademik Vasim Məmmədəliyev İslamda milli-mənəvi dəyərlərdən bəhs edib.
Tədbirdə universitetin şərqşünaslıq fakültəsinin professoru Nəsrulla Məmmədovun “İslamda milli ənənələr və millətlərarası münasibətlər”, Bakı Beynəlxalq Multikultiralizm Mərkəzinin analitika şöbəsinin müdiri Rəşad İlyasovun “İslam elm tarixində Azərbaycan məktəbi”, BDU-nun ilahiyyat fakültəsinin müəllimi Aqil Şirinovun “Azərbaycan nümunəsində İslamda tolerantlıq” mövzusunda məruzələri dinlənilib.

BDU-nun Mətbuat Xidməti