Bakı Ekspo Mərkəzində XVI Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisinin (AİTF) açılış mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İteca Caspian” və onun tərəfdaşı “İTE Group plc” (Böyük Britaniya) şirkətlərinin təşkilatçılığı ilə gerçəkləşən ənənəvi sərgi Xəzəryanı regionda turizm sənayesinin ən böyük tədbiri sayılır. AİTF Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı (UNWTO) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) tərəfindən dəstəklənir.
Sumqayitfakt.Az-ın verdiyi xəbərə görə, Beynəlxalq sərgidə Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi də yaxından iştirak edir. Sərgidə şəhərimizi “Turbət” mədəniyyət mərkəzi və Sumqayit Plaza Hotel təmsil edir.
Həmçinin, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Şuşa nümayəndəliyi də rəsm əsərlərindən və tarixi eksponatlardan ibarət sərgisi ilə təmsil olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı, birinci vitse prezident Mehriban Əliyeva, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Sumqayıt üçün ayrılmış stendlə yaxından tanış olublar.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə aparılan tikinti və quruculuq işlərinin davamı olaraq yeni inşa edilmiş Sumqayıt Plaza Hotel, Bayraq meydanı, eyni zamanda Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin və şəhər icra hakimiyyətinin dəstəyi ilə keçiriləcək “Balıqqulağı” və “Corat qutabı” festivalları haqqında məlumat verib.
Dövlətimizin başçısı İlham Əliyev Sumqayıtın görüntülərini əks etdirən video-çarxı izləyib və şəhərimizin yaxın zamanlarda turizm şəhərinə çevriləcəyinə inandığını bildirib.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Şüşa nümayəndiliyi üçün ayrılmış stenddə musiqiçilərin ifasında Qarabağ şikəstəsini dinləyən cənab prezident onlara xoş arzularını çatdırıb.
Xatırladaq ki, XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2017” sərgisində 22 ölkəni təmsil edən 272 şirkət iştirak edir. Sərgidə 17 milli və regional stend təmsil olunur. Milli stendlər arasında Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Dominikan, Mərakeş, Tailand, Türkiyə və Çexiyanın stendləri eləcə də “Roqaşka Slatina” (Sloveniya) və Stavropol (Rusiya) əyalətini təmsil edən stendlər yer alib. Bu il ilk dəfə sərgidə Kolumbiya və Kuba da iştirak edir. Regional stendlər arasında Dağıstan (Rusiya) və Odessa (Ukrayna) debüt edir.
Sərgi aprel ayının 8-nə dək davam edəcək.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat Xidməti
Mətbuat Xidməti