Hiyləylə hakimiyyətdə qalan Sarkisyanın siyasi korrupsiya oyunu

Hiyləylə hakimiyyətdə qalan Sarkisyanın siyasi korrupsiya oyunu Ermənistanda siyasi korrupsiya sistemli hal alıb. Bu, Avropa İttifaqını (Aİ) çox ciddi narahat edir.

Belə bir açıqlama ilə Aİ-nin Ermənistandakı səfiri Petr Svitalski çıxış edib. Təbii ki, nüfuzlu bir beynəlxalq təşkilat rəsmisinin tərəfindən belə bir fikrin səsləndirilməsi Ermənistanda heç də birmənalı qarşılanmayıb. Siyasi korrupsiyanın pik həddə çatdığını vurğulayan P.Svitalski deyib:
“Seçki prosesində səslərin satın alınması Ermənistanın imicinə zərbədir. Bu, bizi narahat edir. Ona görə, bunu səsvermə korrupsiyası adlandırırıq. Seçkidə alış-veriş yolverilməzdir. Beynəlxalq müşahidəçilər də bizimlə eyni fikirdədirlər. Onlar da hesab edirlər ki, belə hallar seçki prosesinə kölgə salır. Mən obyektiv olacağam, bu cür neqativ hadisələrə göz yummayacağıq”.

Tehsil-press.az

Oxşar xəbərlər