Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində beynəlxalq hüquq normalarına öz havadarlarına arxalanaraq məhəl qoymur.
Bunu millət vəkili Elman Məmmədov deyib.
Millət vəkili bildirib ki, Ermənistan bu günə qədər onlara qarşı heç bir cəza tədbiri, sanksiyalar tətbiq olunmamasından həvəslənir:
"Ermənilər münaqişə dövründə daim azərbaycanlı meyitlər üzərində işgəncələr, vandalizm həyata keçiriblər. Fevralın 25-də də cəbhədə erməni təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimizin meyitlərinin neytral zonadan götürülməsinə onlar mane olmağa cəhd etdilər. Onlar ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinə güvənir, bundan istifadə etməklə belə iyrənc üsullara əl atırlar. Ermənistan bu günə qədər onlara qarşı heç bir cəza tədbiri, sanksiyalar tətbiq olunmamasından həvəslənir. Ümid edirlər ki, bu işğalçı dövləti həmin beynəlxalq təşkilatlar, güc mərkəzləri müdafiə edəcəklər".
E.Məmmədov Ermənistanın son vaxtlar cəbhə xəttində törətdiyi təxribatların səbəbini hakim rejimin öz siyasi nüfuzunu artırmaq cəhdləri ilə izah edib:
"Ermənistanda qarşıdan seçkilər gəlir. Ermənistan hakimiyyəti ifşa olunmuş, nüfuzunu itirmiş qrupa çevrilib. Ermənilər artıq dərk etməyə başlayıblar ki, ölkəni idarə edən bir qrup cinayətkardır. Həmin cinayətkar qrup isə siyasi hakimiyyətinin ömrünü uzatmaq üçün bu cür təxribatlara əl atır. Amma əminəm ki, onları heç nə xilas edə bilməyəcək".
Təhsil-press.az