Azərbaycanda ekoloji təmiz məhsulların alınması üçün yeni eksperimentlərə başlanılacaq.
Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov Tehsil-press.az-a deyib.
Onun sözlərinə görə, ilk istiqamət kimi ekoloji təmiz balıq məhsulunun alınması nəzərdə tutulur.
E.Yusifov qeyd edib ki, qapalı, süni göllərdə yetişdirilən balıqların parazitlərə yoluxması ehtimalı həddindən artıq çoxdur:
"Qapalı mühitdə balıqlar əsasən, arpa, buğda yeyirlər. Dəniz mühitində isə vəziyyət əksinədir. Bu mühitdə böyüyən balıqların sağlamlığı qapalı mühitdə böyüyən balıqla müqayisədə çox üstündür. Buna görə də çalışırıq ki, qapalı mühitdə böyüyən balıqlar üçün gölməcələrin dibində təbii otlar, yəni su bitkiləri əkək".
E.Yusifov deyib ki, qapalı mühitdə balıqların orqanizminin parazitlərdən təmizlənməsi üçün ona dərman preparatı verildikdə, bu, məhsulun ekoloji təmizliyini aşağı salır.
İnstitut direktorunun sözlərinə görə, balıqlara xüsusi bitkilər verildikdə onların orqanizmindəki parazıtləri dərmansız təmizləmək mümkün olur. O əlavə edib ki, artıq Mingəçevir Təcrübə-Dayaq Məntəqəsində balıq yemlərinə xüsusi bortlar əlavə edilməklə onların paraiztlərdən təmizlənməsi sınaq kimi həyata keçirilir:
"Qapalı mühitdə ekoloji təmiz balıqların yetişdirilməsi məqsədi ilə balıqlar üçün çox gözəl yem olan, eyni zamanda balıqların immun sistemini gücləndirən və onlarda xəstəliklərə qarşı dərmandan istifadəyə ehtiyac yaratmayan artemiya xərçəngindən istifadə etmək olar. Artemiya xərçənglərinin süni şəraitdə kütləvi şəkildə artırılması və onların yem kimi balıqçılıq təsərrüfatlarına təklif edilməsi planlaşdırılır".
Tehsil-press.az