Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümumi orta (9 illik) təhsil bazasında yeni növ buraxılış imtahanlarının keçirilməsi, materialların emalı və yazı işlərinin yoxlanılmasına ictimai nəzarətin təşkili, prosesin şəffaflığının təmin edilməsi məqsədilə yaradılan İctimai Şuraya üzv olmaq istəyən vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, təhsil ekspertləri, kütləvi informasiya vasitələri nümayəndələri ilə görüş keçirib.
M.Abbaszadə deyib ki, İctimai Şuraya qəbul olmaq üçün Dövlət İmtahan Mərkəzinin Gəncə, Şəki, Şirvan, Lənkəran, Qusar, Bərdə, Xaçmaz regional bölmələrindən də müraciətlər daxil olub.
İctimai Şuranın üzvləri DİM-in Direktorlar Şurası tərəfindən formalaşdırılacaq.
Dövlət İmtahan Mərkəzi tərəfindən Şuraya üzv olmaq üçün 40-dan çox QHT, təhsil eksperti, müəllim və KİV nümayəndələri qeydiyyatdan keçib: "Valideyn-Müəllim Assosiasiyasından da hansısa nümayəndələrin müraciət edəcəyini gözlənilirdi. Çox valideyn müraciət etsəydi, onların daxil olduğu assosiasiyadan yalnız bir nümayəndə seçiləcək idi. Təəssüf olsun ki, assosiasiyadan nümayəndə olmadı, valideynlər bizə müraciət etmədi. Mən bunu elə qiymətləndirirəm ki, valideynlər bizə, apardığımız işə inanırlar".
Görüşdə iştirakçılara şuranın yaradılmasının məqsədi, üzvlərin hüquq və vəzifələri haqında məlumat verilib. İclasda həmçinin sual kitabçalarının çapı, paketlənməsi və buraxılış imtahanı materiallarının yoxlanılması prosesinə aid qısa xidməti video-çarx nümayiş edilib. İclasın sonunda şuraya üzv olma istəyən namizədlərin siyahısı müəyyən olunub.

Afət Abbasova