Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Saatlıda vətəndaşları qəbul edəcək

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Saatlıda vətəndaşları qəbul edəcək Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə noyabrın 24-də Saatlı rayonunda vətəndaşları qəbul edəcək.
Qəbulda Şirvan, Saatlı, Sabirabad, Hacıqabul, Salyan, Neftçala rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Noyabrın 24-də saat 11.00-da Saatlı rayon Gənclər Mərkəzində (ünvan: Saatlı şəhəri, Həsən bəy Zərdabi küçəsi, 71) keçiriləcək qəbula gəlmək istəyən vətəndaşlar TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya komissiyanın Şirvan regional bölməsinə (Ünvan: Şirvan şəhər M.Ə.Rəsulzadə prospekti, 19, əlaqə tel.: (02121) 215-15-23) müraciət etməlidirlər.
Bundan əlavə, Saatlı, Sabirabad, Hacıqabul, Salyan, Neftçala rayon təhsil şöbələrində noyabrın 16-dan 23-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyat aparılacaq.
Qəbula gələnlər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

TQDK-nın Mətbuat Xidməti

Oxşar xəbərlər