Kanar adalarında 140 sərnişin daşıyan bərə pirsə çırpılıb

Kanar adalarında 140 sərnişin daşıyan bərə pirsə çırpılıb "Armas" şirkətinə məxsus 140 sərnişini daşıyan "Volcn de Tamasite" adlı bərə Las-Palmas-de-Qran-Kanariya şəhərindən çıxarkən pirsə çırpılıb.

Təhsil-press.az-ın verdiyi məlumata görə, insident yerli vaxtla saat 20:30-da baş verib. Elektrikdə nasazlıq olduğundan, komanda mühərrikləri idarə edə bilməyib və nəticədə bərə pirsə çırpılıb. Hadisə nəticəsində bərədə olan sərnişinlər xəsarət almayıb. Lakin bərəyə və pirsə ciddi ziyan dəyib.

Təhsil-press.az

Oxşar xəbərlər