Bakı-Qazax magistralında qəza: bir ailənin 4 üzvü yaralandı

Bakı-Qazax magistralında qəza: bir ailənin 4 üzvü yaralandı Bakı-Qazax magistralında 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Tehsil-press.az-ın məlumatına görə, yolun 197-ci kilometrliyində, Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində "Nissan Pathfinder" markalı minik avtomobili yolun kənarında dayanmış yük maşınına çırpılıb. Nəticədə sürücü və sərnişini olan 3 ailə üzvü müxtəlif dərəcəli xəsarətlər alıb. Faktla bağlı araşdırma aparılır.

tehsil-press.az

Oxşar xəbərlər