Ərdoğan: Türkiyə Somalini bundan sonra da dəstəkləməyə hazırdır

Ərdoğan: Türkiyə Somalini bundan sonra da dəstəkləməyə hazırdır Uşaqların aclıqdan öldüyü planetdə rahatlıq və sülh ola bilməz.

Təhsil-press.az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Somali prezidenti Məhəmməd Abdulla Fermacu ilə görüşündən sonra deyib.
Ərdoğanın sözlərinə görə, Somalidə terrorçuluqla mübarizə sahəsində ciddi problemlər var.
"Bu Afrika ölkəsinin güclü orduya və peşəkar inkişaf etmiş hüquq-mühafizə strukturlarına ehtiyacı var. Somaliyə kadrlar lazımdır", - Ərdoğan deyib.
Türkiyə prezidenti qeyd edib ki, Türkiyə Somali xalqını bundan sonra da dəstəkləməyə hazırdır.

Təhsil-press.az

Oxşar xəbərlər