Ali məktəblərə qəbul imtahanı zamanı ən mühüm göstəricilərdən biri olan orta bal cari ilin məzunlarının hazırlıq səviyyəsini tam əks etdirmir, çünki orada əvvəlki illərin məzunlarının da sayı var.
İmtahanlar zamanı orta qəbul balını müəyyənləşdirərkən buna əvvəlki illərin məzunlarının da ciddi təsirinin olduğunu nəzərə almaq lazımdır. Çünki hər il universitetə sənəd verən bütün abituriyentlər həmin ilin məzunu olmur. Əvvəlki illərin məzunlarının məzun olduqları illərə görə topladıqları orta balın təhlili göstərir ki, məzun olunan il uzaqlaşdıqca toplanılan orta bal azalır. Yəni illər ötdükcə abituriyentin bilik və hazırlığı təbii olaraq azalır və bu da özünü imtahan nəticələrində göstərir:
"İllər üzrə ballara nəzər salanda aydın olur ki, müəyyən ilin abituriyentlərinin orta balı cari ilə yaxınlaşdıqca özündən əvvəlki ilin abituriyentlərinin orta balından yüksək olur (2013-cü ilin məzunları istisna olaraq özlərindən əvvəlki ilin məzunlarından 3 bal az toplayıb). Nümunə üçün 2010, 2011, 2012, 2014, 2015 və 2016-cı ildə məzun olan abituriyentlərin 2016-cı ildə qəbul imtahanında topladıqları orta bala baxsaq, görərik ki, ballar müvafiq olaraq 86, 88, 96, 104, 156 və 254 olub. Məlum olur ki, abituriyentlərin məzun olduğu il imtahan verdiyi ilə yaxınlaşdıqca orta bal arasındakı fərq kəskin azalır. Başqa sözlə, 2016-cı ildə ali məktəbə ərizə verən abituriyentlər arasında orta məktəbdən 2016-cı ildə məzun olmuş abituriyentlər orta məktəbdən 2015-ci ildə məzun olmuş abituriyentlərdən 98 bal (254-156=98) çox toplayıb. Eyni qaydada 2014-cü il məzunları ilə 150 bal (254-104=150), 2013-cü il məzunları ilə 161 bal (254-93=161), 2012-ci il məzunları ilə 158 bal (254-96=158), 2011-ci il məzunları ilə 166 bal (254-88=166) və 2010-cu il məzunları ilə 168 bal (254-88=168) təşkil edib".

Kəmalə Rəhimli