BDU-da SABAH qruplarına qəbulla əlaqədar görüş keçirilib

BDU-da SABAH qruplarına qəbulla əlaqədar görüş keçirilib Bakı Dövlət Universitetinin Böyük akt zalında 2017-2018-ci tədris ili üçün SABAH qruplarına qəbulla əlaqədar müəyyən edilmiş ixtisaslar üzrə əyani formada təhsil alan I kurs tələbələri ilə görüş keçirilib. Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyalrı üzrə prorektoru, professor İradə Əliyeva və Təhsil Nazirliyi SABAH qruplarının tələbələrlə iş üzrə rəhbəri Mehriban Nəzərova iştirak edib. Görüşdə SABAH qruplarının üstünlükləri, Təhsil Nazirliyinin tələbələrə yaratdığı imkanlar, SABAH qruplarına qəbulun qaydaları haqqında ətraflı məlumatlar verilib. Məlum olub ki, I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan tələbələr SABAH qruplarınaqəbulda iştirak edə bilərlər.
Sonda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.
Qeyd edək ki, 2017/2018-ci tədris ili üçün Bakı Dövlət Universitetində aşağıdakı ixtisaslar üzrə qəbul elan edilib:
Azərbaycan dili və ədəbiyyat müəllimliyi
Fizika müəllimliyi
Riyaziyyat müəllimliyi
Coğrafiya müəllimliyi
Hüquqşünaslıq
Tarix müəllimliyi
Kompüter elmləri
Kimya müəllimliyi
Psixologiya
Biologiya müəllimliyi.

Mətbuat və informasiya şöbəsi


BDU-da SABAH qruplarına qəbulla əlaqədar görüş keçirilib

BDU-da SABAH qruplarına qəbulla əlaqədar görüş keçirilib

Oxşar xəbərlər