“SABAH” qruplarının tələbələri alman dilini öyrənəcəklər

“SABAH” qruplarının tələbələri alman dilini öyrənəcəklər Azərbaycan-Alman Mədəniyyət Mərkəzi Təhsil Nazirliyinin “SABAH” qruplarının tələbələri üçün məlumat sessiyası keçirib.
Nazirlikdən tehsil-press.az-a bildiriblər ki, tədbirdə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Azərbaycan üzrə əlaqələndiricisi Stefani Düfo, xidmətin əməkdaşı Rəna Hüseynova, Alman dili Tədrisi Mərkəzinin rəhbəri Zəhra Əliyeva, “SABAH” qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə və tələbələrlə iş üzrə meneceri Mehriban Nəzərova iştirak ediblər.
Sessiyada Alman Akademik Mübadilə Xidməti və Alman dili Tədrisi Mərkəzi ilə əməkdaşlıq çərçivəsində II kursda təhsil alan “SABAH” qruplarının tələbələri üçün alman dilinin tədrisi, həmçinin, DAAD təqaüd proqramları vasitəsilə Almaniyada təhsil almaq imkanları barədə informasiya verilib.
“SABAH” qruplarının tələbələri onlar üçün təklif olunan üstün imkanlar, həmçinin Almaniyada yay məktəbi və magistratura proqramlarına qəbul qaydaları barədə geniş məlumat əldə ediblər.

“SABAH” qruplarının tələbələri alman dilini öyrənəcəklər

Tehsil-press.az

Oxşar xəbərlər