AzTU-nun I kurs tələbələrinə SABAH qruplarının təqdimatı keçirilib

AzTU-nun I kurs tələbələrinə SABAH qruplarının təqdimatı keçirilib Mayın 19-da Azərbaycan Texniki Universitetinin I kurs tələbələrinə SABAH qruplarının təqdimatı keçirilib.
Tədbirdə iştirak edən Təhsil Nazirliyi SABAH qruplarının İcra komitəsinin rəhbəri Şahin Seyidzadə SABAH haqqında tələbələrə ətraflı məlumat verərək, bu qruplarda təhsil alan tələbələrin qayğısından, təhsilin keyfiyyətindən, yaradılan şəraitdən və qəbul şərtlərindən danışıb.
Sonda tələbələrin təklifləri dinlənilərək müzakirə edilib və qəbul şərtləri haqqında onları maraqlandıran bütün suallar ətraflı cavablandırılıb.
Qeyd olunub ki, bu il SABAH quruplarına AzTU-da 5 ixtisas üzrə: “Kompyuter mühəndisliyi”, “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi”, “Elektrik mühəndisliyi”, “Elektronika, telekommunikasiya və Radiotexnika mühəndisliyi”, “Biotibbi texnika mühəndisliyi” ixtisasları üzrə qəbul elan edilib. SABAH qruplarda təhsil 3 ildir və yalnız I kurs tələbələri müraciət edə bilərlər.Qəbul məntiq və ingilis-dili üzrə testlə aparılır.
Tədbirdə AzTU-nun Tədris işləri üzrə prorektoru Xalıq Yahudov və Azərbaycan Texniki Universiteti SABAH qruplarının rəhbəri İmran Yolçuyev iştirak ediblər.
Əlavə məlumat almaq istəyənlər sabah.edu.qov.az saytına müraciət edə bilərlər.

AzTU-nun Mətbuat Şöbəsi


AzTU-nun I kurs tələbələrinə SABAH qruplarının təqdimatı keçirilibAzTU-nun I kurs tələbələrinə SABAH qruplarının təqdimatı keçirilibAzTU-nun I kurs tələbələrinə SABAH qruplarının təqdimatı keçirilib

Oxşar xəbərlər