ADU rəhbərliyi “SABAH” qrupunda təhsil alan tələbələrlə görüşüb

ADU rəhbərliyi “SABAH” qrupunda təhsil alan tələbələrlə görüşüb Azərbaycan Dillər Unviersitetində (ADU) universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev “Sabah” qrupunda təhsil alan tələbələrlə görüşdü.
Prorektor Əfqan Abdullayev “SABAH” layihəsinin Təhsil naziri Mikayıl Cabbarovun təşəbbüsü əsasında həyata keçirildiyini deyərək bu layihənin özünü doğrultduğunu və müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanmasında böyük rol oynadığını bildirdi. Bu qruplarda oxuyan tələbələrin seçilmişlərin seçilmişləri olduğunu deyən Ə.Abdullayev onlara dərs deyənmüəllimlərin də öz sahəsinin tanınmış mütəxəssisləri olduğunu qeyd etdi.
Universitetin professor-müəllim heyətinin iştirak etdiyi görüşdə tələbələrin dərsə davamiyyət məsələləri ilə bağlı mövcud vəziyyət, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, tədris prosesinin maddi-texniki bazasının gücləndirilməsi və digər məsələlər müzakirə olundu.
“Sabah” qrupunda təhsil alan tələbələrin təklifləri dinlənildi, onları maraqlandıran suallar cavablandırıldı.

ADU-nun Mətbuat Xidməti


ADU rəhbərliyi “SABAH” qrupunda təhsil alan tələbələrlə görüşüb

ADU rəhbərliyi “SABAH” qrupunda təhsil alan tələbələrlə görüşüb

Oxşar xəbərlər