BDU-nun SABAH qrup tələbələri TQDK-nın təcrübə proqramına cəlb olunacaqlar

BDU-nun SABAH qrup tələbələri TQDK-nın təcrübə proqramına cəlb olunacaqlar Bakı Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Riyaziyyat müəllimliyi ixtisası üzrə təhsil alan SABAH qrup tələbələrinın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşları ilə görüşü keçirilib. Görüşdə Təhsil Nazirliyi SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, TQDK-nın Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar şöbəsinın əməkdaşları Əli Mahmudov, Orxan İsmayılov, BDU-nun SABAH mərkəzinin rəhbəri İradə Süleymanova iştirak ediblər. Görüşün məqsədi müəllimlik ixtisası üzrə təhsil alan SABAH tələbələrinin kütləvi imtahanlarda yazı işlərinin (eləcə də esselərin) qiymətləndirilməsi sahəsindəki təcrübənin öyrənilməsinə cəlb olunmalarıdır.

Mətbuat və informasiya şöbəsi

Oxşar xəbərlər