Azərbaycanın bədii gimnastı Jalə Piriyeva Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında topla hərəkətlərin yekunu üzrə qızıl medal qazanıb.
Təhsil-press.az-ın məlumatına görə, J.Piriyeva finalda 17.550 bal toplayaraq bütün rəqiblərindən üstün olub. Digər gimnastımız Marina Durunda isə 15.800 balla üçüncü olub. Gümüş medal isə Özbəkistan idmançısı Anastasiya Serdyukovaya nəsib olub - 16.950 bal. Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Təhsil-press.az