Bakı-2017: Daha bir qızıl medal karateçimizdən gəldi

Bakı-2017: Daha bir qızıl medal karateçimizdən gəldi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ən güclü karateçilər müəyyənləşir.

Təhsil-press.az-ın məlumatına görə, 84 kq çəki dərəcəsində yarışan karateçilərin finalında təmsilçimiz Ayxan Mamayev Tükiyə idmançısı Alparslan Yamanoğlu ilə üz-üzə gəlib. Gərgin keçən döyüşdə karateçimiz (1:0) qızıl medala yiyələnib. Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Təhsil-press.az

Oxşar xəbərlər