Azərbaycanlı çempion Türkiyədə güllələndi - 6 nəfər yaralanıb

Azərbaycanlı çempion Türkiyədə güllələndi - 6 nəfər yaralanıb Türkiyənin Kastamonu şəhərində silahlı insident olub.
Təhsil-press.az xəbər verir ki, şəhərin bələdiyyə sədri Tahsin Babaş silahlı hücuma məruz qalıb. Hücum nəticəsində 6 nəfərin yaralandığı bildirilir.
Güllələnənlər arasında Azərbaycanın kikboks üzrə Avropa çempionu Eldar Əlizadə də var. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb, reanimasiyaya yerləşdiriliblər.
Qeyd edək ki, Eldar Əlizadə Türkiyədə yaşayır, orada ali təhsil alırmış.

Təhsil-press.az

Oxşar xəbərlər