Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) yaranmasının 25-ci ildönümünə həsr olunan Zirvə toplantısı keçirilib.
Təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən toplantıda Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən tədbirdə Qara dəniz regionundakı hazırkı vəziyyət, terrorizmə qarşı mübarizə, QDİƏT-ə üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsi, təşkilatın səmərəli fəaliyyətinə maneələrin aradan qaldırılması və əlaqələrin inkişaf perspektivləri barədə müzakirələr aparılıb.
Əvvəlcə QDİƏT-in baş katibi Maykl Kristidesin hesabat məruzəsi dinlənilib.
Zirvə toplantısında çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov Prezident İlham Əliyevin salamlarını iştirakçılara çatdırıb. Milli Məclisin sədri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qurucusu olduğu Ədalət və İnkişaf Partiyasına yenidən sədr seçilməsi münasibətilə təbrik edib.
Azərbaycanın Qara dəniz coğrafiyasının iqtisadi inkişafına verdiyi töhfələrə, qurumun perspektivlərinə, eləcə də təşkilatın səmərəli fəaliyyətinə zərər gətirən məqamlara toxunan Milli Məclisin sədri diqqətə çatdırıb ki, təşkilatın yarandığı gündən keçən dövr ərzində regionumuz daha təhlükəli olub, yeni münaqişələr yaranıb, bölgənin inkişaf perspektivləri ciddi təhdid altına düşüb. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğalını davam etdirməklə regional təhlükəsizliyi və sabitliyi pozmaqdadır. Bu işğal bütövlükdə regional əməkdaşlığa mane olur. Ermənistan beynəlxalq hüququn aliliyini qəti surətdə inkar edir və Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını açıq şəkildə tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə tabe olmaqdan boyun qaçırır. Şübhə yoxdur ki, Azərbaycan beynəlxalq hüququn normalarına tam uyğun olaraq öz ərazi bütövlüyünü bütünlüklə bərpa edəcək.
Milli Məclisin sədri bildirib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı müstəsna olaraq Qara dəniz regionunun vahid iqtisadi zona kimi formalaşmasına həsr edilən nadir bir təşkilatdır. Regional əməkdaşlığın uğuru üzv dövlətlərin təşkilat qarşısında məsuliyyət səviyyəsindən asılıdır. Beynəlxalq hüququn aliliyi bölgədə iqtisadi dirçəlişə gətirib çıxara biləcək regional iqtisadi əməkdaşlığın zəruri şərtidir. Azərbaycanın regional əməkdaşlıq strategiyası bu yanaşmanın parlaq ifadəsidir.
Ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq iqtisadi layihələr barədə geniş məlumat verən Oqtay Əsədov bildirib ki, Azərbaycan daha geniş bölgə üçün enerji təhlükəsizliyinin təmin edilməsində vacib tərəfdaşa çevrilib. “Biz boru kəməri infrastrukturunun şaxələndirilməsinə başladıq, Xəzər, Qara və Aralıq dənizlərini birləşdirdik. Bu gün Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsl əməkdaşlıq ruhunun rəmzləridir. Bundan başqa, biz “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Qaz Kəmərindən (TAP) ibarət strateji Cənub Qaz Dəhlizinə artıq rəvac vermişik. “Şahdəniz” yatağından qazın Avropa ölkələrinə çatdırılmasına 2020-ci ilədək nail olmağı planlaşdırırıq.
Bu il Azərbaycan, Gürcüstan və Türkiyə daha bir həlledici regional layihə – Çinlə Avropanı daha da yaxınlaşdıran Bakı-Tbilisi-Qars dəmir yolu üzərində işi başa çatdırır. 2016-cı ildə biz Çindən başlayaraq Mərkəzi Asiya və Xəzər dənizindən keçib Azərbaycana və Gürcüstana, oradan da Avropaya gedən ilk konteyner qatarını yola saldıq. Aparılan bu sınaqla sübut edildi ki, həmin marşrut tranzit müddətini 30-35 gündən 15 günə qədər azalda bilər. Şimal-Cənub dəhlizi Azərbaycanın nadir coğrafi mövqeyindən istifadə etməklə Rusiya ilə Hindistanı birləşdirir. Bu layihə Qara dəniz regionunun dəmir yolu şəbəkəsini İran ilə birləşdirəcək. Biz ümid edirik ki, çox yaxın gələcəkdə bu dəhliz daha geniş bölgədə ticarətə yeni təkan verəcək”, - deyə Oqtay Əsədov diqqətə çatdırıb.
Azərbaycan parlamentinin sədri vurğulayıb ki, bizim başladığımız çoxtərəfli layihələr regionda sülhün, sabitliyin, təhlükəsizliyin, dialoqun və tərəqqinin təşviqində, eləcə də iştirakçı ölkələr arasında qarşılıqlı anlaşmanın təmin edilməsində mühüm rol oynayıb.
Milli Məclisin sədri deyib ki, Qara dəniz bölgəsinin firavan gələcəyinə böyük inam bəsləyən Azərbaycan hesab edir ki, bu gələcək yalnız mehriban qonşuluq, qarşılıqlı hörmət, humanizm və tolerantlıq əsasında qurula bilər. Azərbaycan bu dəyərləri təşviq etmək istiqamətində böyük səylər göstərir. Məhz Azərbaycanın səyləri ilə 2008-ci ildə ilk dəfə İslam Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurası bir araya gətirilib. 2015-ci ildə Bakıda birinci Avropa Oyunları yüksək səviyyədə təşkil olunub, hər il humanitar və mədəniyyətlərarası dialoq forumları keçirilir. Bundan başqa, 2016-cı ildə Roma Katolik Kilsəsinin başçısı Papa Fransisk Bakıda səfərdə olub. Azərbaycanda BMT-nin Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumu keçirilib. Biz bütün dünyaya mesaj olaraq 2016-cı il Azərbaycanda “Multikulturalizm İli” elan etdik. Bu gün isə Bakıda İslam Həmrəyliyi Oyunlarının rəsmi bağlanış mərasimidir. Bütün bunlar dünya ictimaiyyətinə dostluq, bərabərlik, tərəqqi, inkişaf və rifah içində yaşamaq töhfəsidir. Bunlar göstərir ki, Azərbaycan xoşniyyətli və səmimi olan hər bir tərəfdaşla hüquq bərabərliyi və qarşılıqlı fayda əsasında əməkdaşlıq etmək üçün açıqdır. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində bizim yanaşmamız budur.
Sonra Yunanıstan Prezidenti Prokopis Pavlopulos, Moldova Prezidenti İqor Dodon, Türkiyənin Baş naziri Binəli Yıldırım, Rusiyanın Baş naziri Dmitri Medvedev və digərləri çıxış ediblər.
Çıxış edənlər ölkələrinin iqtisadi imkanları, həyata keçirdikləri iqtisadi layihələrin əhəmiyyəti, perspektivdə olan məsələlər, qarşılıqlı faydalı əməkdaşlığın yolları barədə fikir və mülahizələrini bölüşüblər. Sərmayə qoyuluşu, ticarət əlaqələrinin genişləndirilməsi, biznes mühitinin şəffaflaşdırılması, tranzit daşımalarında uyğunlaşdırılmalar, turizmin inkişafına təsir edən amillərin düzgün dəyərləndirilməsinin vacibliyi qeyd olunub. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasındakı mövcud münaqişələrin həlli, o cümlədən təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin davam etməsi səbəbindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmaması QDİƏT-in fəaliyyətinin səmərəliliyini pozan əsas fakt kimi dəyərləndirilib.
Toplantıda Ermənistanın xarici işlər nazirinin müavini Aşot Hovakimyan ölkəsinin işğalçılıq siyasətinin ovqatına uyğun olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətdən uzaq, şər və böhtan xarakterli fikirləri ilə iştirakçılarda yanlış fikir formalaşdırmağa cəhd etsə də heç bir dəstək ala bilməyib. Onun çıxışında ölkəsinin iqtisadi inkişafına, təbii resurslara, perspektivdə olan digər məsələlərə dair heç bir ifadə əks olunmayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşot Hovakimyanın qərəzli fikirlərinə etiraz edərək deyib: “Ermənistan təmsilçisinin “burada siyasi günahlandırma və dəyərləndirmə olmamalıdır” fikrini mən də dəstəkləyirəm. Amma heç bir təmsilçi çıxışında hər hansı bir siyasi günahlandırma və dəyərləndirmə etmədi. Siz isə öz çıxışınızı bütünlüklə siyasi günahlandırma və dəyərləndirməyə həsr etdiniz. Məncə bu, doğru olmadı”.
Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər və mətbuat konfransları keçirilib.
Zirvə toplantısında beynəlxalq hüquq normalarına uyğun münasibətlərin qurulması, qarşılıqlı faydalı əməkdaşlığın vacibliyi, ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı və s. maddələrdən ibarət Bəyannamə qəbul edilib.
Xatırladaq ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı region ölkələrinin dövlət və hökumət başçılarının iştirakı ilə İstanbul Sammiti Bəyannaməsinin imzalanması əsasında 1992-ci ildə yaradılıb.